Ə.Nyui: “Red Bull-da əvvəlki kimi işləmirəm”

Red Bull komandasının texniki direktoru Ədrian Nyui bildirib ki, Barselonaya fərq yarada biləcək detallar gətirməyiblər və buna görə də aradakı fərq labüddür.

F-1.az xatırladır ki, Rikkardo İspaniya yarışında podiuma yüksəlsə də, lider Həmiltondan 75 saniyə geridə qalıb.

Ədrian Nyui: “Son illərdə başqa layihələrdə işlədiyim üçün bolidin tərəqqisinə çox vaxt ayıra bilmirəm. Yenə də əminəm ki, komandadakı dostlarım bu işi yaxşı görürlər. Ferrari və Mercedes-ə bu həftə daha yaxın olduğumuzu düşünürəm. Təbii ki, bu, sıralanma turunda daha çox özünü biruzə verdi. Amma yarışdakı fərq göstərir ki, hələ də görüləcək işimiz çoxdur. Lakin podiuma görə çox sevincliyəm. Ümid edirəm ki, davamı gələr”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*