Ə.Nyui: “Həmilton ən yaxşı mövsümünü keçirdi”

Red Bull komandasının texniki direktoru Ədrian Nyui bildirib ki, Lyuis Həmiltonun builki çempionluğu indiyə kimi qazandıqları arasında ən yaxşısıdır.

F-1.az xatırladır ki, britaniyalı sürücü karyerasında ilk dəfə mövsüm ərzində bütün yarışları xalla bitirərək, 4-cü dəfə Dünya Çempionu titulunu qazanıb.

Ədrian Nyui: “Lyuis bu il mükəmməl performans göstərdi və məncə, karyerası ərzində ən yaxşı mövsümü idi. Hər şeyi bir araya gətirdi və heç bir yarışda zəif çıxış etmədi. Özündən əmin idi. Riskin də, mübarizənin də zamanını bilirdi. Buna görə də hər yarışda stabil nəticələr aldı. Gələn il rəqabətin artmasını gözləyirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*