Ə.Nyui: “Ferstappen səhvlərindən dərs çıxarır”

Red Bull komandasının texniki direktoru Ədrian Nyui gənc Ferstappenin qara zolağa düşdüyünü düşünür.

F-1.az xatırladır ki, 20 yaşlı sürücü ilk 6 həftəsonunun 5-də problemlərlə üzləşib və dəyərli xallar itirib.

Ədrian Nyui: “Hamımız insanıq. Bəzən qara zolağa düşmək labüddür. Maks da bunlardan birini yaşayır. Hamı onun haqqında danışır, lakin o, bu söhbətlərə fikir vermir. Sakit olmalıdır və bunu bilir. Onun potensialına bələdik. Bu vəziyyətdən də güclənərək çıxacaq. İndi isə beynini boşaltmalıdır. Sürücülər səhvlərindən dərs çıxarmalıdırlar. Ferstappen də bu yolda inamla irəliləyir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*