15 Dekabr 2017, Cümə - 21:45

Ə.Kouel: “V6 mühərriklər istehsalçılar üçün daha əlverişlidir”

Ə.Kouel: “V6 mühərriklər istehsalçılar üçün daha əlverişlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

16:57 - 12 Fevral, 2016

Mercedes komandasının baş motorçusu Əndi Kouel düşünür ki, istehsalçılar üçün Formula1-ə girmək artıq çox asandır…

F-1.az xəbər verir ki, Əndi Kouel bildirib ki, 1.6 litr həcmi olan V6 mühərriklər istehsalçılar üçün daha əlverişlidir…

Əndi Kouel: “V8 və V10 mühərrikləri ilk dəfə hazırlamaq yüksək peşəkarlıq tələb edirdi. Sadə mühərriklərdə dirsəkli val dəqiqədə 18 min, hətta 20 min dövr vururdu ki, bu da ancaq Formula1-də belə idi. Başqa avtoidman növlərində və ya yol avtomobillərində bunu görə bilməzsiniz.

Hazırda texnologiya ilə məşğul olan hansısa Dünya səviyyəli şirkət bu qaydalarla Formula1-ə daxil olub, rəqabət apara bilər və bunu etmək çox asandır.

2000-ci illərin əvvəlində qaydalar bir səhifədən ibarət idi. İndi qaydalar 8 səhifəyə yazılıb və dərman resepti kimi qarışıqdır.

20 il əvvəl hesablar aparırdıq, neçə silindr istifadə edəcəyimizi hesablamaq üçün günlərlə işləyirdik, amma indi bunların hamısı qaydalarda yazılıb. Ona görə də Formula1 çox asandır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 307
Teqlər , ,
Paylaş

logo