16 İyul 2018, Bazar ertəsi - 09:03

E.İrvayn: “Fettel klounluq etdiyi üçün uduzdu”

E.İrvayn: “Fettel klounluq etdiyi üçün uduzdu”

Müəllif: Rauf Hacıyev, redaktor

16:13 - 30 Dekabr, 2017

Həmişə qalmaqallı açıqlamaları ilə yadda qalan sabiq Formula1 sürücüsü Eddi İrvayn bildirib ki, Fettel özünü ərköyün uşaq kimi aparıb.

F-1.az xatırladır ki, Fettel 2017-ci il mövsümünə möhtəşəm başlanğıc etsə də, Bakı və Sinqapur yarışlarında etdiyi səhvlərə görə bəlkə də titulu əldən vermişdi.

Almaniyalı sürücü Bakıda təhlükəsizlik avtomobilinin arxasında Həmiltonla bərabərləşərək rəqibinə çırpılmış və 10 saniyəlik dayan və get cəzası almışdı, ona görə də 30 yaşlı sürücü finişdə 4-cü olmuşdu. Sinqapur yarışının startında isə yerini qorumaq istəyərkən Ferstappen və Rəykkönenlə insident yaşayaraq mübarizəni ilk döngədə dayandırmışdı.

Eddi İrvayn: “Fettel nisbətən yavaş boliddə idi, ancaq daha güclü sürücü olduğunu düşünmürəm. Sebastyan klounluq etməklə prestijini zədələdi. Yarışdan sonra isə qudurğan uşaqlar kimi davrandı. Red Bull-da peletonun ən güclü bolidi ilə asanlıqla 4 çempionluq qazandı. Orada əsas Mark Uebberi məğlub etmək bəs edirdi. Orada komandanın köməyi ilə çempion olmaq asan idi. İndi isə çempion olmaq üçün çox çalışmalıdır. Lyuisin bolidi güclüdür və çalışmasına ehtiyac yoxdur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 177
Teqlər , ,
Paylaş

logo