E.Bulye: “Vandorn təzyiqə tab gətirmirdi”

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, Stoffel Vandorn mövsümün əvvəlində pressinqlə mübarizə apara bilməyib.

F-1.az xatırladır ki, belçikalı sürücü komandaya bu il qoşulmuş və mövsümün ilk yarısında cəmi 1 xal toplaya bilmişdi. Amma 25 yaşlı sürücü mövsümün 2-ci yarısında 12 xal toplayaraq, komanda yoldaşı Alonsonu turnir cədvəlində qabaqlaya bilib.

Erik Bulye: “Stoffel çox istedadlı sürücü olmasına baxmayaraq, mövsümün əvvəlində mətbuatın təzyiqinə görə bir az çətinlik çəkdi. Təbii ki, Fernando Alonso kimi sürücü ilə komanda yoldaşı olmaq asan deyil. Bu sizin üzərinizdə əlavə təzyiq yaradır. Buna görə də mövsümün ilk yarısı Vandorn üçün asan keçmədi. Bu prosesdən bütün sürücülər keçirlər. Stoffel özünü isbat etdi. Artıq özünə inamı artıb və davamlı inkişaf edir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*