E.Bulye: “Vandorn hazır olduğunu sübut etdi”

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, Vandorn Bəhreyn yarışında Formula1-ə hazır olduğunu göstərib...

F-1.az xatırladır ki, Alonso zədələndiyi üçün Bəhreyn yarışında iştirak edə bilməmişdi və onu Vandorn əvəzləmişdi. Vandorn bu yarışdan xalla ayrılmışdı. Vandorn gələn ildən etibarən McLaren-də ilk tam mövsümünü keçirəcək və Alonsonun komanda yoldaşı olacaq.

Bulye gənc sürücünün hazır olduğundan əmindir: “Stoffel istedadını aşağı kateqoriyalarda göstərdi. Onun yarışa biləcəyindən əmin idim. O, digərlərinin təcrübəsinə sahib deyil, amma onları məğlub edərək böyüyə bilər. Bəhreyndə əla yarışmışdı. O, Formula1-də yarışmaq üçün hazır olduğunu göstərdi. O, gələn il bizi inkişaf etdirə bilər. Komandadakı digər sürücülərin təcrübəsindən faydalana bilər. Vandorn hələ gəncdir və öyrənə biləcəyi çox şey var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*