19 Oktyabr 2018, Cümə - 02:44

E.Bulye: “Proqramda gecikmə oldu”

E.Bulye: “Proqramda gecikmə oldu”

Müəllif: Rauf Hacıyev, redaktor

07:36 - 05 Mart, 2016

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, onlar Barselonadaki qış testlərində MP4-31-in sonuncu versiyası ilə işləyə bilməyiblər…

F-1.az xatırladır ki, McLaren Honda komandası keçən mövsüm gözləntiləri qarşılaya bilməyib və ən zəif ikinci komanda olublar, amma komandanın bu il mövsümöncəsi testlərdə göstərdiyi performans komandanın fanlarını ümidləndirib.

Amma Erik Bulye bildirib ki, onlar builki proqramda gecikmə yaşayıblar: “Burada 2016-cı ildə istifadə edəcəyimiz bütün detalları test edə bilmədik. Proqramımızda kiçik gecikmə oldu. Bu da o deməkdir ki, Avstraliya QP-də bolidimizdə radikal dəyişikliklər olacaq.

Heyf ki, bəzi detalları test edə bilmədik, amma olan oldu və bunu dəyişdirə bilmərik

Əslində, demək olar ki, hər gün etməli olduğumuzu etdik və bu yaxşı xəbərdir.

Keçənilki problemlərimizə baxanda, vəziyyətimiz yaxşıdır. Artıq daha dözümlü bolidimiz var. Mövsümə daha güclü başlayırıq.

Ümumilikdə bolid yaxşı görünür. Bir neçə həftədən sonra daha güclü olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 302
Teqlər , ,
Paylaş

logo