16 Dekabr 2018, Bazar - 10:40

E.Bulye: “McLaren istənilən səviyyədə deyil”

E.Bulye: “McLaren istənilən səviyyədə deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

08:40 - 07 Mart, 2016

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, McLaren rəqabətədavamlı səviyyədə deyil…

F-1.az xatırladır ki, McLaren Honda keçən mövsüm sadəcə 27 xal toplamış və mövsümü 9-cu pillədə başa vurmuşdu, amma komanda builki qış testlərindən sonra fanlarını az da olsa, ümidləndirib.

Amma Erik Bulye komandanın istənilən səviyyədə olmadığını deyib: “Biz artıq təxmini bilirik ki, kim haradadır, amma burada xırdalıqlar hesablanmayıb.

Testlərdəki göstəricilərə baxıb, nəsə demək mümkün deyil. Bəzi komandalar sürətlərini gizlədə bilərlər.

Mercedes AMG və Ferrari-nin harada olduğunu az-çox bilirik, amma Red Bull bizim üçün qapalı qutudur. Biz bilmirik ki, orta qrupda lider kimdir və bu mənə qəribə gəlir.

McLaren barədə danışsaq, onu deyə bilərəm ki, hər şey proqrama uyğun gedir. Təbii ki, bir az rəqabətədavamlı olmalıyıq. Hələ o səviyyəyə çatmamışıq və bunun bəzi səbəbləri var.

Hər şeydən əvvəl onu deyə bilərik ki, komanda hələ tam hazır deyil. Ən azından bir neçə dövrə atdıq. Görək başımıza nə gələcək.

Bolid artıq daha aqresivdir və ona görə də bolidə yenilik gətirmək daha asan olacaq. Testlərdəki MP4-31 ilə Avstraliya QP-dəki MP4-31 arasında 50 faizlik fərq olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 254
Teqlər ,
Paylaş

logo