E.Bulye Ferrari-yə keçir?

Mövsümün uğursuz keçməsi komanda ətrafında söz-söhbətləri artırıb. Mauritsio Arrivabenenin komandadan göndəriləcəyi deyilir.

F-1.az xatırladır ki, Ferrari mövsümə çox böyük iddialarla başlamış, lakin elə ilk yarışlardan Mercedes AMG ilə mübarizə apara bilməyəcəyi aydın olmuşdu. Ceyms Əllisonu itirən komanda bütün bunlar azmış kimi, Mühəndislər Kubokunda da Red Bull tərəfindən keçilib. İddialara görə, Arrivabenenin komandadakı gələcəyi sual altındadır. Onun Fettellə də münasibətlərinin pis olduğu bildirilir. Keçən mövsümdən qoyulan hədəflərin heç birinə çatmamaları Sercio Markionnenin səbir kasasını doldurub və onun radikal addımlar atacağı gözlənilir.

İspaniyanın məşhur Marca qəzeti isə iddia edir ki, Ferrari rəhbərliyi Arrivabenenin yerinə McLaren-dən Erik Bulyeni gətirmək istəyir. Komandanın qoyduğu o qədər sərmayəyə baxmayaraq, uğur əldə edə bilməməsi Arrivabeneni gözdən salıb və onlar Bulye ilə danışıqlar aparırlar. Marikonne ilə Arrivabenenin münasibətlərinin çox pis olduğu bildirilir.

Kapitonun gəlməsinə sevinmədiyi bildirilən Bulyenin Ferrari-yə müsbət cavab verəcəyi gözlənilir…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*