E.Bulye etiraf edib

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, mövsümə istədikləri kimi başlamayıblar.

F-1.az xatırladır ki, McLaren komandası iki yarışdan sonra 22 xal toplayaraq turnir cədvəlinin 3-cü yerində qərarlaşıb. Lakin ilk iki yarışda Red bull və Haas-ın çoxsaylı problemlər yaşaması Britaniya təmsilçisinə kömək edib.

Erik bulye: “Yarış tempimiz yaxşıdır. Bunun hesabına yüksələ bilirik. Amma yarışda öndəkilərin mübarizəni dayandırmasından istifadə etdik. Xallar ala bildik və etibarlılığı təkmilləşdirmək üçün əla iş gördük. Bazadakı uşaqlar qəşəng işləyirlər. Çində də həm şənbə, həm bazar günü yaxşı işlər görməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*