19 Noyabr 2017, Bazar - 01:30

E.Bulye çox təəccüblənib

E.Bulye çox təəccüblənib

Müəllif: Rauf Hacıyev, redaktor

11:06 - 06 Noyabr, 2017

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, son yarışlardakı yüksəliş onları çox xoşbəxt edib.

F-1.az xatırladır ki, Alonso sonuncu Meksika yarışına 18-ci yerdən başlasa da, finişə 10-cu yerdə çata bilmişdi.

Erik Bulye: “Mövsümün sonunda daha güclü olacağımızı bilirdik. Amma bir az gözləntilərin üzərinə çıxdıq. Sözün açığı, bir az təəccübləndik. Bu qədər rəqabətədavamlı olmağı gözləmirdik. Hər detala ayrı-ayrı baxanda, Fernandonun bolidində elə də böyük sürət yox idi, lakin bunu bacara bildik. Stoffelin də Braziliyada yeniliklərdən istifadə etməsi üçün əlimizdən gələni edəcəyik. Beləliklə, iki bolidlə də yaxşı nəticələr almağı planlaşdırırıq. Bolidin performansı hər yarış fərqli olur. Burada trasın konfiqurasiyası çox vacibdir. Hər komanda rəqiblərinin zəif nöqtəsini bilir və buna əsasən strategiyalar qurur. Ümid edirəm ki, gələn il daha güclü olarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 849
Teqlər , ,
Paylaş

logo