11 Dekabr 2017, Bazar ertəsi - 13:07

E.Bulye: “Biz cəmi iki həftə geri qalırıq”

E.Bulye: “Biz cəmi iki həftə geri qalırıq”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:12 - 20 Sentyabr, 2017

Sinqapurda McLaren-in icraçı direktoru Zek Braun bildirmişdi ki, 2018-ci il üçün motor təchizatçısının dəyişməsi qərarı gecikdiyinə görə komanda yeni maşının hazırlanması qrafikindən 1 ay geri qalır. Amma komandanın idman direktoru Erik Bulye bu geriqalmanın daha az olması qənaətindədir.

F-1.az xatırladır ki, keçən həftə McLaren komandası 3 illik əməkdaşlıqdan sonra Honda motorlarından imtina edərək, gələn ildən Renault motorlarına keçəcəyini açıqlamışdı.

Erik Bulye: “Aydındır ki, biz bir müddət gündə 24 saat və istirahət günlərsiz işləməli olacağıq. Çünki faktiki geriqalmamız iki həftədir və bu müddəti asanlıqla ləğv etmək olar.

Gələn il heç bir kompromis olmayacaq. Əlbəttə, bizim Renault güc qurğuları ilə iş təcrübəmiz yoxdur, hələ heç onu almamışıq, öyrənməmişik, maşına qoyduqdan sonra isə onun iş rejiminə adaptasiya olmalıyıq, lakin biz öz mühəndislərimizə inanırıq.

Builki maşının təkmilləşdirilməsi prosesi də davam edəcək. Hələlik iki cəbhədə çalışırıq, amma tezliklə bütün resursları yeni maşının üzərinə yönəldəcəyik, geriqalmanı aradan qaldırandan sonra isə adi iş qrafikinə qayıdacağıq. Yeni motor təchizatçısına keçməyimiz işimizə yanaşmanı dəyişməyəcək. İnqilab olmayacaq – bu, sadəcə təkamüldür…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 229
Teqlər , , ,
Paylaş

logo