E.Bulye: “Alonso bezib”

McLaren komandasının yarış direktoru Erik Bulye bildirib ki, Fernando Alonsonun testlərdəki problemlərdən sonra səbri tükənib.

F-1.az xatırladır ki, testlərin 7 günü arxada qalıb və sabah sonuncu gündür. McLaren isə hər gün mühərrik problemi yaşayır və buna görə də az məsafə qət edib.

Alonso da son açıqlamalarında Honda-nı çox sərt formada tənqid edib və yaponların istehsal etdiyi mühərriyə gücsüz və yavaş deyib.

Erik Bulye: “Bəli. Səbri tükənir, amma bu demək deyil ki, idmandan gedəcək. O mübarizdir. McLaren-ə gələndən çoxlu problemlər olsa da, hələ də buradadır. Səbri tükənir? Bəli. Mənim kimi. Amma peşəkar davranmalıyıq. Hər şeyi düzgün etmək üçün problemləri tapmalıyıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*