23 Oktyabr 2017, Bazar ertəsi - 09:55

Dünya ulduzları Bakıda azarkeşləri feyzyab edəcəklər

Dünya ulduzları Bakıda azarkeşləri feyzyab edəcəklər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:23 - 13 Aprel, 2016

Dünya ulduzları iyunun 17-dən 19-dək Bakıda baş tutacaq Avropa Qran Prisi çərçivəsində keçiriləcək konsert proqramlarında öz ifaları ilə azarkeşləri əyləndirəcəklər…

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin ictimaiyyətə böyük məmnuniyyətlə bildirir ki, dünya musiqisinin ən məşhur ulduzlarından üçü – Kris Braun, Enrike İqlesias və Farel Uilyams 2016-ci il Avropa Qran Prisinin həftəsonunda təşkil olunacaq musiqili proqramın əsas ifaçıları olacaqlar. Dünya musiqisinin üç məşhur ulduzu Formula1 şəhərciyində xüsusi olaraq qurulmuş əsas səhnədə axşam saatlarında müvafiq ardıcıllıqla çıxış edəcəklər.

F-1.az şirkətin rəsmi saytına istinadən bildirir ki, cümə günü axşam saatlarında Kris Braun özünün yüksək enerjili məşhur şousu ilə möhtəşəm musiqi və idman həftəsonuna rəng qataraq əyləncə proqramına start verəcək. Amerikalı müğənni, bəstəkar və rəqqas trasda mübarizənin ilk günü sona çatdıqda minlərlə Formula1 azarkeşinin qarşısında özünün “Yeah3x”, “Look At Me Now” və “Beautiful People” kimi məşhur hitlərini ifa edəcək.

Chris Brown

Şənbə günü sıralanma turundan sonra dünyanın ən məşhur canlı musiqi ifaçısı adını qazanmış Enrike İqlesias coşğulu konsert proqramı ilə səhnədə yer alacaq. “Latın pop musiqisinin kralı” kimi tanınan ispaniyalı müğənni səhnədə özünün “Hero”, “Bailamos” və “I Like It” kimi məşhur hitlərini səsləndirəcək. Ehtiraslı balladaları və yüksək enerjili rəqs musiqilərindən ibarət albomları ilə dünyada 137 milyon ədəd satış rekordu qıran ifaçı, trasda mübarizənin ikinci günü  Dənizkənarı Bulvarda yerləşən Formula1 Şəhərciyində öz mahnıları ilə tamaşaçıları coşduracaq.

Enrique Iglesias

Bazar günü yaddaqalan yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış və nüfuzlu ulduzlarından biri olan Farel Uilyams əsas səhnədə yer alaraq öz məşhur musiqi proqramı ilə 2016-ci il Avropa Qran Prisinə yekun vuracaq. Bir çox istedada malik amerikalı ifaçı, bəstəkar və prodüser musiqi tarixində “Get Lucky”, “Happy” və “Frontin” kimi populyar hitlərinin müəllifi kimi tanınır. Azərbaycan yarışında ilk qalibin adı məlum olduqdan bir neçə saat sonra Uilyamsın mükəmməl ifası ilə Bakıda birinci dəfə keçirilən Formula1 tədbiri başa çatacaq.

Pharrell Williams

Musiqi proqramı təsdiq olunduqdan dərhal sonra çıxış edən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ulduzların Bakıya gəlişinə belə münasibət bildirib: “Dünya üzrə keçirilən müxtəlif Qran Pri yarışlarında musiqi ulduzlarının iştirakı onu sübut edir ki, musiqi ilə Formula1-in vəhdəti ayrılmazdır. Bugünkü xəbərə əsaslanaraq onu deyə bilərəm ki, Formula1 həftəsonu boyu avtoidman azarkeşləri və musiqisevərlər həm trasda, həm də trasdan kənarda təşkil olunacaq və Bakının ev sahibliyi edəcəyi böyük idman yarışının və əyləncənin uğurlu vəhdətini izləyə biləcəklər. Bizə qoşulmaq barədə düşünənlərə sözümüz var: Avropa Qran Prisini qaçırmaq olmaz. 17-19 iyun tarixlərində Bakıda sizinlə görüşməyi və birlikdə əylənməyi səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, konsertlərə giriş ödənişsizdir və bu proqramda ancaq Avropa Qran Prisinə bilet alanlar iştirak edə biləcəklər. Bununla yanaşı üçgünlük bilet sahibləri eksklüziv olaraq pit leynə, pilotların gündəlik avtoqraf sessiyalarına və yarış həftəsonu boyu tras ətrafında təşkil olunmuş müxtəlif əyləncə tədbirlərinə qatıla biləcəklər.

2016-cı il Avropa Qran Prisinin biletlərinin satışı davam edir!

Bakıda keçiriləcək 2016-cı il Formula 1 Avropa Qran Prisinə iki aydan bir az çox vaxtın qaldığı bir ərəfədə biletlərin satışı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmi saytında (www.bakucitycircuit.com) və Bakının aparıcı aliş-veriş mərkəzlərində davam edir. Biletləri, həmçinin, GooTickets.com, Grand Prix Tickets Worldwide  və çempionatın rəsmi saytıdan da əldə edə bilərsiniz.

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 658
Teqlər , , , , ,
Paylaş

logo