19 Dekabr 2018, Çərşənbə - 15:39

D.Tsetşe: “2014-cü ildə bizim titul uğrunda mübarizə aparmaq şansımız olacaq”

D.Tsetşe: “2014-cü ildə bizim titul uğrunda mübarizə aparmaq şansımız olacaq”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:32 - 17 Yanvar, 2013

Mercedes AMG komandası keçən mövsümü Mühəndislər Kubokunda 5-ci yerdə başa vurub, aydındır ki, bu nəticə komandanın sahibi olan avtokonsernin başçılarını […]

Mercedes AMG komandası keçən mövsümü Mühəndislər Kubokunda 5-ci yerdə başa vurub, aydındır ki, bu nəticə komandanın sahibi olan avtokonsernin başçılarını qane etmir. Detroytda keçirilən avtoşouda çıxış edən Daimler AG konserninin prezidenti və Mercedes-Benz Cars şirkətinin başçısı Diter Tsetşe bildirib ki, aşağı nəticələrdən çox narazıdır, amma ümid edir ki, komandadakı son dəyişikliklər gələcək nəticələrə təsir edəcək…

Diter Tsetşe: “Formula1 effektiv reklam meydançasıdır və bizim şirkət marketinqə ayrılmış büdcənin böyük bir hissəsini çempionatda iştiraka xərcləyir. Biz hesab edirik ki, bu addım bizim əsas biznesin vəzifələrinə cavab verir. Həmişə üzdə olduğumuz üçün hamı bizdən uğur gözləyir, daha doğrusu bizdən yaxşı nəticələr gözləyirlər. Mercedes daim çalışır ki, bizim komanda hər bir Qran Pridə qələbə uğrunda mübarizədə iştirak etsin.

Düzdür, biz keçən il bir yarışda qələbə qazandıq, amma bizi qələbəyə daimi namizədlər arasında qəbul etmirdilər. Məhz buna görə də biz bəzi islahatlar apardıq: indi bizim yeni sürücümüz, yeni direktorlar şurasının sədri var, gələcəkdə dəyişikliklər davam edəcək.

Biz başa düşürdük ki, bizim maşınlara ən yaxşı motor qoyulub, sükan arxasında isə çox rəqabətədavamlı sürücülər oturublar. Əsas problem şassidə idi və komanda bu problem üzərində ciddi işləyir. Növbəti mövsümdə çox güman ki, biz islahatların nəticəsini nümayiş etdirə bilməyəcəyik, amma 2014-cü ildə yeni motor reqlamenti sayəsində bizim titul uğrunda mübarizə aparmaq şansımız olacaq. Uğurun açarı şassi və motorun optimallaşdırılmasıdır…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 252
Teqlər , , ,
Paylaş

logo