22 Noyabr 2017, Çərşənbə - 13:07

DTM. Circuito Monteblanco. İkinci gün

DTM. Circuito Monteblanco. İkinci gün

Müəllif: Ruslan Musayev, redaktor

11:25 - 25 Fevral, 2016

Xəbər verdiyimiz kimi DTM çempionatının iştirakçıları olan Audi, BMW və Mercedes-Benz komandaları İspaniyanın Circuito Monteblanco trekində yarış texnikasının yeni mövsümə hazırlığını yoxlamaq üçün testlərə başlayıblar. Testlərin ilk günü hər üç istehsalçının təmsilçiləri iki pilot və iki avtomobillə qatılmışdılar. Birinci günün nəticələrin görə, testlərin cədvəlinə Audi komandasının isveçli pilotu ikiqat dünya çempionu Mattias Ekstrem başçılıq etmişdi. İkinci nəticəni Mercedes-Benz pilotu Robert Uikkens, üçüncü nəticəni isə BMW komandasının pilotu dünya çempionu Bruno Spenqler göstərmişdi.

F-1.az AutoGraph.az-a istinadən bildirir ki, ikinci gün Mercedes-Benz komandasının tərkibində dəyişiklik baş verib – Robert Uikkens və Kristian Fitorisi Qəri Paffett və Pol di Resta əvəz ediblər. Audi və BMW komandalarının tərkibi dəyişilməz qalıb.

İkinci test gününün ən sürətli pilotu yenə Audi komandasının nümayəndəsi Mattias Ekstrem (1:21,429) olub. İsveçli sürücü eyni zamanda 206 dövrə ilə günün ən çox məsafə qət etmiş pilotu olub. Ümumilikdə Audi pilotları 406 dövrə qət ediblər.

Günün ikinci ən yaxşı nəticə göstərmiş pilotu BMW komandasının nümayəndəsi, dünya çempionu Marko Vittmann olub. 161 dövrə qət edən alman pilotun göstərdiyi nəticə 1:21,530 dəqiqə olub. Mattias Ekstremin komanda yoldaşı Ceymi Qrin 1:21,711 dəqiqə nəticə ilə üçüncü olub.

Dördüncü və beşinci yerləri müvafiq olaraq Mercedes-Benz komandasının pilotları Pol di Resta (1:21,836) və Qəri Paffet (1:22,062) tutublar.

Mercedes-Benz pilotları ümumilikdə 199 dövrə vuraraq 668 kilometr məsafə qət ediblər.

Nəhayət, günün ən yavaş pilotu, dünən üçüncü yeri tutmuş BMW komandasının kanadalı pilotu, dünya çempionu Bruno Spenqler olub. Kanadalı trekdə 125 dövrə vuraraq 1:23,448 dəqiqə vaxt göstərib. Günün ən az məsafə qət edən pilotu Qəri Paffett (54 dövrə) olub.

Lakin, britaniyalı pilot üçüncü və son gün daha çox işləmək niyyətində olduğunu bildirib.

İkigünlük nəticələrə baxsaq çempionatın ən sürətli avtomobilinin Audi RS5 DTM «siluetinin» olduğu nəticəsinə gəlmək olar. Təcrübələr göstərir ki, bu testlərdən nəticələr hasil etmək çox tezdir – hər bir komanda təsdiqlədiyi plana uyğun sınaqları həyata keçirir və nəticə göstərməyə can atmırlar.

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm DTM
Mənbə AutoGraph.az
Baxış Sayı 463
Teqlər , , ,
Paylaş

logo