22 Noyabr 2017, Çərşənbə - 12:50

DRS və hava kanalı böyük üstünlük verir

DRS və hava kanalı böyük üstünlük verir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:48 - 09 Mart, 2012

Almaniyanın Auto Motor und Sport saytı yazır ki, bəzi komandalar, xüsusən də McLaren və Mercedes AMG havaya qarşı müqaviməti azaldan […]

Almaniyanın Auto Motor und Sport saytı yazır ki, bəzi komandalar, xüsusən də McLaren və Mercedes AMG havaya qarşı müqaviməti azaldan sistemi (DRS) hava kanalının yeni versiyası ilə uğurla birləşdirə biliblər – hava kanalının aktiv versiyasını 2010-cu ildə McLaren ilk dəfə tətbiq etmişdi, digər komandalar nüsxələmişdilər, amma sonra bu sistem qadağan olunmuşdu, yeni sistem isə həmin sistemin passiv versiyasıdır.

drs2
O zaman hava kanalının idarə olunmasında sürücü iştirak edirdi, indi isə sistem pilotsuz idarə olunur və bəzi rəylərə görə, DRS-lə birlikdə düz yolda 18 km/saat sürət üstünlüyü verə bilər.

Çox güman ki, komandaların bəzi qərarları Melburnda texniki təftişdən sonra FİA tərəfindən tənqid olunacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 76
Teqlər
Paylaş

logo