D.Rikkardo Kiyevdə RB7-ni nümayiş etdirib (video)

Bu gün səhər Kiyevdə “Red Bull Çempionlar Paradı” aksiyası çərçivəsində Toro Rosso komandasının sürücüsü Daniel Rikkardo çıxış edib. Avstraliyalı sürücü […]

Bu gün səhər Kiyevdə “Red Bull Çempionlar Paradı” aksiyası çərçivəsində Toro Rosso komandasının sürücüsü Daniel Rikkardo çıxış edib. Avstraliyalı sürücü keçənilki Red Bull RB7 maşınının sükanı arxasında toplaşan şəhər əhalisinə Formula1 maşınının imkanlarını nümayiş etdirib: düz yolda sürücü 270 km/saat sürət yığa bilib.

rbukr2
Formula1 yürüşündən əlavə tədbirə toplaşanlar Amerikanın NASCAR seriyasının maşınını da görüblər. Maraqlıdır ki, Rikkardo bu maşınında sükanı arxasında özünü sınayıb. Dainel toplaşanları sevindirərək NASCAR maşını ilə yerdə dövrələr vurmağa başlayıb, ətrafı tüstüyə bürüyüb, o qədər səylə çalışıb ki, hətta arxa sol təkəri də partladıb.

rbukr3
Daniel şənbə şousundan çox razı qalıb və Twitter-dəki mikrobloqunda yazıb ki, “gün uğurlu keçdi, Formula1 və NASCAR maşınları ilə Kiyevin küçələrini “yandırdım”, ürəkdən sürdüm!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*