D.Rikkardo Avstraliyada sponsorlarla aktiv işləyir

Avstraliya Qran Prisinin startına bir neçə gün qalır və bir çox sürücülər artıq Avstraliyaya gəliblər. Bu gün Daniel Rikkardo Toro […]

Avstraliya Qran Prisinin startına bir neçə gün qalır və bir çox sürücülər artıq Avstraliyaya gəliblər. Bu gün Daniel Rikkardo Toro Rosso komandasının tərəfdaşları olan şirkətlərin təşkil etdiyi bir neçə reklam kampaniyasında iştirak edib.

Səhər tezdən avstraliyalı sürücü yerli KİV üçün fotosessiyaya cəlb olunub, sonra azarkeşlərlə on-layn çat keçirib və müxtəlif mövzuda sualları cavablandırıb

Bundan sonra Daniel katerlə Melburndan keçən Yarra çayında səyahətə çıxıb. Nahardan sonra isə sürücü MotorKhana şousunda iştirak edib – şouda avstraliyalı jurnalistlərlə Volkswagen up! maşınının süanı arxasında yarışıb. Aydın məsələdir ki, jurnalistlər Formula1 sürücüsünə uduzublar. Sabah Daniel sponsor tədbirlərini davam etdirəcək…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*