14 Dekabr 2018, Cümə - 04:57

Dördqat Dünya Çempionları Fanxio barədə nə düşünürlər?

Dördqat Dünya Çempionları Fanxio barədə nə düşünürlər?

Müəllif: Rauf Hacıyev, redaktor

19:15 - 12 Yanvar, 2018

Formula1 üzrə dördqat Dünya Çempionları Sebastyan Fettel və Lyuis Həmilton bildiriblər ki, Fanxionun rekorduna çatmaq möhtəşəm olar.

F-1.az xatırladır ki, Fettel 2010-2013-cü illərdə, Həmilton isə 2008-ci, 2014-2015-ci və 2017-ci illərdə Dünya Çempionu olub.

Sebastyan Fettel: “Onun çempionluq sayına çatsam belə, onun qədər uğurlu olduğumu hiss etməyəcəm. Onun dövründə daha çətin idi və çempion olmaq üçün qüsursuz performans göstərməli idin. Bolidin etibarlılığı və digər şərait indikindən çox fərqli idi. Məncə, onun kimi hərtərəfli sürücü indi yoxdur”.

Lyuis Həmilton: “Fanxio idmanın mənəvi atasıdır. Formula1-də əla işlər gördü və idmanın formalaşmasında böyük rol oynadı”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 213
Teqlər , ,
Paylaş

logo