Doninqton Parkın icarədarları məhkəməyə verilib

Hələ fevral ayında xəbər vermişdik ki, 2011-ci ildən Böyük Britaniya Qran Prisi keçiriləcək Doninqton Park avtodromunun işləri yaxşı getmir. Avtodromu […]

Hələ fevral ayında xəbər vermişdik ki, 2011-ci ildən Böyük Britaniya Qran Prisi keçiriləcək Doninqton Park avtodromunun işləri yaxşı getmir. Avtodromu icarəyə götürmüş Donington Ventures Leisure Ltd şirkətinin borcu milyon funtlarla ölçülür, şirkət rəhbərliyini isə məhkəmə gözləyir. Əslində avtodrum Wheatcroft & Son Limited şirkətinə məxsusdur, 2007-ci ildə avtodromu 150 illik müddətə Saymon Cilletin başçılıq etdiyi şirkətə icarəyə verib, amma keçən ildən Donington Ventures icarə haqqını ödəməyib. Ona görə də Wheatcroft & Son Limited şirkəti Donington Ventures şirkətini məhkəməyə verib və trasın icarəsindən almalı olduğu 2.47 milyon funtu tələb edir.

Kevin Uitkroft, Wheatcroft & Son Limited-in nümayəndəsi: “Bu qərarı qəbul etmək bizə çox çətin idi. Hələ keçən ilin sentyabrında Donington Ventures bizə 2.5 milyon funt borclu idi. Biz belə tədbirə əl atmağı maksimum sona saxlamışdıq, amma bizim başqa yolumuz yoxdur və pulumuzu məhkəmə yolu ilə tələb edirik, bundan başqa müqaviləni də pozacayıq.”

Amma bununla Saymon Cilletin problemləri qurtarmır: avtodromun idman yarışları keçirilməsi üçün lisenziyası da qaydasında deyil və hələ aydın deyil ki, onun yenidən qurulması hansı maliyyə sxemi üzrə aparılacaq. Britaniyada Cilletə inananların sayı azdır, çünki 2010-cu ilə az qalıb, amma trasın tekonstruksiyası isə hələ də başlanmayıb. Bu yaxınlarda Formula1-in kommersiya başçısı Berni Ekklstoun xəbərdarlıq etmişdi ki, bu ilin sentyabrında şəxsən avtodromun gələn il yarış qəbul etmək hazırlığını yoxlayacaq və əgər layihənin baş tutmasına şübhəsi olsa Britaniya mərhələsini çempionatın təqvimindən birdəfəlik çıxartmağa hazırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*