D.Mateşiç: “Toro Rosso-nu satmağa tələsmirəm”

Toro Rosso-nun satılması barədə ilk şayiələr hələ 2007-ci ildə peyda olmuşdu, o zaman müştəri şassilərindən istifadə məsələsi iqtisadi mübahisədən siyasi […]

Toro Rosso-nun satılması barədə ilk şayiələr hələ 2007-ci ildə peyda olmuşdu, o zaman müştəri şassilərindən istifadə məsələsi iqtisadi mübahisədən siyasi mübahisəyə çevrilə bilərdi, amma hər şey yaxşı qurtardı. Lakin bir il keçdikdən sonra, 2008-ci ilin martında komandanın o zaman həmsahibi olan Diter Mateşiç jurnalistlərə bildirdi ki, 2010-cu ilə kimi Toro Rosso-nun sahibi dəyişəcək.

Daha bir il arxada qalıb və Red Bull imperiyasının başçısı Avstriyada dərc olunan Salzburger Nachrichten qəzetinə müsahibəsində bir daha Toro Rosso-nun satılmasından danışıb, amma bu dəfə deyəsən qiymətlərdə güzəştlər nəzərdə tutulmaylb – alkoholsuz Red Bull içkiləri böhranda da pis satılmır…

Diter Mateşiç: “Tələsməyə ehtiyac da yoxdur, təzyiq də – potensial alıcı peyda olan kimi alqı-satqı baş tutacaq, amma bundan əvvəl o rəqabətədavamlılığı dəstəkləməyə və maliyyə dəstəyinə zəmanət verməlidir. Bizim Formula1 proqramımıza bir təhlükə yoxdur, həm də yeni qəbul olunmuş məsrəfləri azaltmağa yönəldilmiş tədbirlər qənaət etməyə imkan verir – iki komandadan 100 milyon Avro qənaət etmək böyük məbləğdir.

Bizim əsas biznesimiz yaxşı gedir, keçən il mənfəət 13.2% artıb və bu il biz inkişaf gözləyirik. Adətən marketinq büdcəsi bizim dövriyyənin 30-40%-ni təşkil edir, biz asanlıqla onu 25%-ə endirə bilərik – amma yenə də maliyyələşmə kifayət qədərdir və başqa şirkətlərə nisbətən daha da çoxdur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*