D.Mateşiç: “Mark bizimlə qalacaq”

Böyük Britaniya Qran Prisinin finişindən sonra bir çox ekspertlər hesab edirdilər ki, Mark Uebber komandanı tərk edə bilər – yarışın […]

Böyük Britaniya Qran Prisinin finişindən sonra bir çox ekspertlər hesab edirdilər ki, Mark Uebber komandanı tərk edə bilər – yarışın son dövrələrində avstraliyalı sürücü komandanın əmrlərinə məhəl qoymadan komanda yoldaşına hücum edirdi. Markın cari müqaviləsi mövsümün sonunda başa çatır, Red Bull-un tarixində komanda taktikasının ilk istifadəsi isə müqavilənin uzadılmasının əleyhinə əlavə arqument ola bilər.

Amma Red Bull konserninin sahibi Diter Mateşiç əmindir ki, Uebber komandada qalacaq…

Diter Mateşiç: “Mark bizimlə yeni müqavilə imzalayacaq, biz buna şübhə etmirik – Mark komandada çox populyardır, özünü rahat hiss edir, bizim əla münasibətlərimiz var: o bunu bilir və biz də bunu bilirik.

Həm də, açığı desəm, Mark çətin ki bundan sürətli maşın tapsın, biz isə Markdan sürətli sürücü.

Onun komanda yoldaşı ilə mübarizəsinə gəlincə, bu bizim üçün problem deyil. Sebastyan başa düşürdü ki, Alonso artıq çox qabaqdadır, ona çata bilməyəcək, ona görə də sürətini azaltmışdı. Bu imkan verdi ki, Mark Sebə yaxınlaşsın – bu vəziyyətdə Mark hücum etməsəydi, ən pis sürücü olardı…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*