D.Mateşiç: “Fettel satılmır!”

Almaniyanın Bild qəzetinə müsahibəsində Red Bull konserninin sahibi Diter Mateşiç Sebastyan Fettelin McLaren-Mercedes komandasına keçməsi barədə gəzən şayiələri təkzib edib, […]

Almaniyanın Bild qəzetinə müsahibəsində Red Bull konserninin sahibi Diter Mateşiç Sebastyan Fettelin McLaren-Mercedes komandasına keçməsi barədə gəzən şayiələri təkzib edib, bu barədə elə dünən həmin qəzetə müsahibəsində Norbert Hauq da danışmışdı…

Diter Mateşiç: “Hazırda Sebastyan satılmır! Ferrari-dən başqa Fettel-Uebber cütlüyü müasir Formula1-də ən güclü sürücü cütlüyüdür.”

Vəziyyət elə gətirə bilər ki, artıq bu il Red Bull Racing komandası titul uğurunda mübarizədə iştirak edə bilər və Fettel bu mübarizədə vacib rol oynayacaq, ona görə də mövsümün sonuna qədər hər hansı bir komandaya keçidi gözləməyinə dəyməz. Cari müqaviləyə əsasən Sebastyan 2010-cu ilin sonuna qədər Red Bull-a məxsusdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*