D.Mateşiç: “Fettel 2014-cü ilin sonunadək Red Bull-da qalacaq”

Red Bull konserninin həmsahibi Diter Mateşiç əmin edib ki, Sebastyan Fettel 2014-cü ilin sonunadək Red Bull komandasında çıxış edəcək. Doğrudan […]

Red Bull konserninin həmsahibi Diter Mateşiç əmin edib ki, Sebastyan Fettel 2014-cü ilin sonunadək Red Bull komandasında çıxış edəcək.

Doğrudan da, Fettelin hələlik karyera və həyatında əsaslı dəyişiklik etməyə səbəb yoxdur, axı məhz Red Bull komandası ilə birlikdə Fettel Formula1 tarixinin ən gənc üçqat dünya çempionu olub. Düzdür, Formula1-də belə bir deyim var ki, sürücülərin hər biri nə zamansa Ferrari-də çıxış etmək istəyir, amma nə qədər ki, Skuderiyada Fernando Alonso at oynadır, Sebastyanın ona komanda yoldaşlığı etmək istəməsi inanılmazdır.

Amma Fettelin gələcəyi barədə şayiələr hər il kifayət qədər olur. Diter Mateşiç növbəti dəfə bu müzakirələrə nöqtə qoymaq istəyib. İtaliyanın Gazetta dello Sport qəzetinə müsahibəsində o, qətiyyətlə bildirib ki, “Sebastyan bizimlə 2014-cü ilin sonunadək qalacaq və bu, müzakirə olunmur!”

Heç kim şübhə etmir ki, sürücü Fettel, komanda başçısı Kristian Horner və texniki direktor Ədrian Nyui əvvəlki ehtirasla 2013-cü ildə də əsas mükafatlar uğrunda mübarizəni davam etdirəcəklər, amma hamını 2014-cü ildə motor reqlamentində ciddi dəyişiklik ediləcək mövsüm maraqlandırır. Bu mövsüm Fettel və Red Bull cütlüyünün sonu olacaqmı?

Yeri gəlmişkən, biz artıq xəbər vermişdik ki, Horner Red Bull-la müqaviləsini 2017-ci ilin sonunadək uzadıb…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*