D.Kulthardın zarafatları

Biz artıq xəbər vermişdik ki, Dəvid Kulthard aktiv idman karyerasını başa vurmaq qərarına gəlib, amma bir həftə əvvəl şotlandiyalı sürücü […]

Biz artıq xəbər vermişdik ki, Dəvid Kulthard aktiv idman karyerasını başa vurmaq qərarına gəlib, amma bir həftə əvvəl şotlandiyalı sürücü Banqkokda Çempionlar Yarışında iştirak etmişdi.

Hazırda Dəvid başqa avropalılar kimi Milad bayramına hazırlaşır, vaxtını Monakodakı evində ailəsi ilə birlikdə keçirir. Özünün də Twitter-də yazdığı kimi – “yalnız qar çatışmır…”

Twitter-də sürücünün çoxsaylı azarkeşləri bəzi sualları cavablandırmasını istəyiblər və Dəvid sualları özünəməxsus tərzdə zarafatla cavablandırıb…

Sual: Sizin ən sevimli rəqibiniz kim olub?
Dəvid Kulthard: Finişdə ikinci olmasına razılaşan sürücü!

Sual: Sizin sevimli ötməniz?
Dəvid Kulthard: Spa, 1998-ci il, Şumaherin məni ötməsi…

Əlbəttə, söhbət Belçika Qran Prisinin 25-ci dövrəsində baş vermiş məşhur epizoddan gedir – yarışa başçılıq edən Mixael Şumaher Dəvidi bir dövrə qabaqlamaq istəyərkən tam sürətlə arxadan ona çırpılmışdı…

Sual: Qazandığınız 13 qələbədən hansını daha çox sevirsiniz?
Dəvid Kulthard: Melburn, 1998-ci il, hərçənd həmin yarışı qazanmağa qoymadılar.

Həmin yarışda liderlik edən Mika Hakkineni komanda səhvən pitə çağırmışdı və Dəvid önə çıxmışdı. Amma komandanın başçısı Ron Dennisin təkidləri altında Dəvid Mikanı start düzlüyündə irəli buraxmalı olmuşdu…

Hərçənd, suallardan birinə şotlandıyalı sürücü çox ciddi cavab verib…

Sual: Karyeranızda azarkeşlər hansı rolu oynayıblar?
Dəvid Kulthard: Azarkeşlərimin peyda olması mənim peşəkar sürücü olmağımdan xəbər verirdi. Ona görə də sizin hamınıza təşəkkür edirəm!

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*