D.Kulthard di Restaya inanır

Formula1-in keçmiş sürücüsü, 13 Qran Prinin qalibi Dəvid Kulthard əmindir ki, bu il Force İndia-nın heyətində debüt edəcək Pol di […]

Formula1-in keçmiş sürücüsü, 13 Qran Prinin qalibi Dəvid Kulthard əmindir ki, bu il Force İndia-nın heyətində debüt edəcək Pol di Resta Formula1-də uğur qazanmaq iqtidarındadır. DiSi gənc həmvətininin qabiliyyətinə bələddir – keçən il onlar bir yerdə Mercedes komandasının heyətində DTM seriyasında çıxış edirdilər və Pol titul qazanmışdı.

Dəvid Kulthard: “Əgər mövsümün ilk yarışlarında Pol Adrian Sutilə rəqabət göstərə bilsə, bu yaxşı nəticə olacaq. Əgər mövsümün sonunda o komanda yoldaşını qabaqlamağa başlasa, onda bu təsduq edəcək ki, biz parlaq gələcəyi olan sürücünün görürük.

Əsas odur ki, o artıq komanda ilə yaxşı tanışdır və özünü komandada yaxşı hiss edir – o gözəl başa düşür ki, mexanik və mühəndislərlə necə münasibət qurmalıdır. Pol Force İndia-da çıxış etməyə layiqdir – bu hələlik orta komandadır, amma ümid edirəm ki, yeni mövsümdə Pol rəqabətədavamlı maşın alacaq və öz istedadını realizə edə biləcək. Axı Formula1-də uğur qazanamq üçün yaxşı sürücü olmaq azdır, həm də gərək yaxşı maşının və güclü komandan olsun.

Mən fəxr edirəm ki, Formula1-də Şotlandiyanı yeni sürücü təmsil edəcək. Ona məsləhətlərimlə kömək etməyə şad olaram, əminəm ki, dünya çempionatında onu uğurlu karyera gözləyir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*