D.Koton Həmiltonun meneceri təyin olunub

Mika Hakkinenin keçmiş meneceri Didye Kotonun Lyuis Həmiltonun karyerası ilə məşğul olması barədə şayiələr hələ 2010-cu ilin martında mətbuatda yayılmışdı, […]

Mika Hakkinenin keçmiş meneceri Didye Kotonun Lyuis Həmiltonun karyerası ilə məşğul olması barədə şayiələr hələ 2010-cu ilin martında mətbuatda yayılmışdı, amma britaniyalı sürücü sonda yarışlara aidiyyatı olmayan, amma idmançı və artistlərlə aktiv işləyən XIX Entertainment şirkəti ilə müqavilə imzalamışdı.

Keçən il bir çox ekspertlər Lyuisin uğursuzluğunu menecerlərinin fəaliyyətsizliyi ilə əlaqələndirirdi. Bəlkə Lyuis bu tənqidi eşidib, bəlkə başqa səbəblər də var idi, amma bu gün elan olunub ki, Koton Lyuisin meneceri təyin olunub və XIX Entertainment şirkətini əvəz edəcək.

Lyuis Həmilton:XIX Entertainment şirkətindən Saymon Fuller mənim problemlərimi həll edəcək komanda yaradıb. Mən şadam ki, Didye Koton bu komandaya başçılıq edəcək və səbirsizliklə mövsümün başlamasını gözləyirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*