Diffuzorların taleyi aprelin 14-də həll olunacaq

FİA-nın Apelyasiya Məhkəməsi Brawn, Toyota və Williams komandalarının diffuzorlarına qarşı qaldırılmış protesti araşdıracaq. Mübahisəli aerodinamik elementin taleyi Çin Qran Prisi […]

FİA-nın Apelyasiya Məhkəməsi Brawn, Toyota və Williams komandalarının diffuzorlarına qarşı qaldırılmış protesti araşdıracaq. Mübahisəli aerodinamik elementin taleyi Çin Qran Prisi ərəfəsində həll olunacaq…

Çempionatın rəsmi saytına müsahibəsində Renault F1 komandasının başçısı Flavio Briatore bir daha öz mövqeyini açıqlayıb: “Reqlamentdə dəyişikliklərin əsas məqsədi aerodinamik asfalta yatma qüvvəsini azaltmaq idi, bu təhlükəsizlik baxımından vacibdir. Hər bir yeni maşın əvvəlkindən 2-3 saniyə yavaş olmalıdır, amma üç komanda reqlamenti özləri istədikləri kimi yozublar və asfalta yatma qüvvəsinin itkisini kompensə ediblər.

Hazırda qaydaalrın iki cür yozumu var, amma Barselonada bütün maşınlar eyni olacaq. Şübhə etmirəm ki, Avstraliyada bu üç komandanın altı sürücüsü keçənilki nəticələrə uduzmayan nəticələr göstərəcklər və mənim fikrimcə, bu onların səhv yolda olmalarını göstərir.”

Mübahisəli arqumentlərdir, amma əgər FİA-nın Apelyasiya Məhkəməsi diffuzorları qadağan etsə, onda Brawn, Toyota və Williams komandalarının növbəti yarışa çıxmaları üçün maşını qaydalara uyğun hazırlamalarına bir neçə gün qalacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*