24 Noyabr 2017, Cümə - 11:44

Diffuzorlar barədə qərar aprelin 15-də elan olunacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:17 - 09 Aprel, 2009

Biz bir neçə dəfə qeyd etmişdik ki, aprelin 14-də FİA-nın Apelyasiya Məhkəməsi BMW Sauber, Ferrari, Renault və Red Bull komandalarının […]

Biz bir neçə dəfə qeyd etmişdik ki, aprelin 14-də FİA-nın Apelyasiya Məhkəməsi BMW Sauber, Ferrari, Renault və Red Bull komandalarının Brawn GP, Toyota və Williams maşınlarındakı diffuzorların konstruksiyası barədə mövsümün ilk iki yarışında qaldırdıqları protestlərin yarışların stüardları tərəfindən rədd olunması məsələsini müzakirə edəcək. Bu gün isə məlum olub ki, Məhkəmənin qərarının tam mətni prelin 15-də dərc olunacaq.

Qərarın elan olunmasının səhəri günü isə komandalar maşınlarını Çin Qran Prisi üçün texniki təftişdən keçirməlidirlər, daha bir gün sonra isə cümə sərbəst yürüşləri başlaycaq. Əgər məhkəmənin qərarı radikal olarsa, maşınların konstruksiyaalrında dəyişiklik etməyə vaxt çox az olaacq və mühəndislər operativ işləməli olacaqlar.

Məhkəmənin iclasında Force İndia və Toro Rosso komandalarından başqa bütün komandaların nümayəndələri iştirak edəcəklər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 109
Teqlər
Paylaş

logo