24 Sentyabr 2017, Bazar - 21:36

D.Hill: “Formula1 Silverstouna qayıda bilər”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

05:32 - 26 Aprel, 2009

Bu il Silverstounda Böyük Britaniya Qran Prisi sonuncu dəfə keçirilə bilər, 2010-cu ildən milli mərhələni Doninqton Park qəbul edəcək, amma […]

Bu il Silverstounda Böyük Britaniya Qran Prisi sonuncu dəfə keçirilə bilər, 2010-cu ildən milli mərhələni Doninqton Park qəbul edəcək, amma bu trasın rəhbərliyi müəyyən problemlərlə üzləşib, nəticədə britaniyalıların ən sevimli mərhələsi təqvimdən çıxa bilər. Dünya çempionu və Britaniya Sürücülər Klubunun prezidenti Dəymon Hill jurnalistlərə bildirib ki, Silverstounun nümayəndələri Berni Ekklstounla Formula1-in qayıtması barədə danışıqlar aparırlar…

Dəymon Hill: “Formula1 Silverstouna qayıda bilər, biz bunu çox istəyirik və daim Berni ilə əlaqə saxlayırıq – bunun baş tutması üçün hər bir şeyi etməliyik.

Mən Bernini başa düşürəm, o özünə ən sərfəli təklifləri seçir, amma doğrudan da azad bazardan danışsaq, onda bu bazar biznes-qərarlar bazarı olmalıdır.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 51
Teqlər
Paylaş

logo