D.Hill Battondan sürpriz gözləyir

1996-cı ilin dünya çempionu Dəymon Hillin fikrincə, Formula1 azarkeşləri qarşıdakı mövsümdə Censon Battonu diqqətlə izləməlidirlər. McLaren komandasının britaniyalı sürücüsü keçənilki […]

1996-cı ilin dünya çempionu Dəymon Hillin fikrincə, Formula1 azarkeşləri qarşıdakı mövsümdə Censon Battonu diqqətlə izləməlidirlər. McLaren komandasının britaniyalı sürücüsü keçənilki güclü çıxışından sonra yeni mövsümdə adah yaxşı nəticələr göstərə bilər – Hill buna əmindir.

Dəymon Hill: “Düşünürəm ki, Battondan həmişə sürpriz gözləmək olar. O parlaq çıxış etməsə də, həmişə yaxşı nəticə əldə etməyi bacarır. Mənə elə gəlir ki, yeni təkərlər ona çox uyğun gəlir. O savadlı sürücüdür və ildən ilə güclənir. Mənim fikrimcə, keçən ilin sonunda Censon çox güclü idi, hər yarışda ondan qələbə gözləmək olardı. Lyuis barədə belə deyə bilmərəm.

Hərçənd, Formula1-də indi istedadlı sürücü çoxdur, onda görə də bir komanda daxilində duelləri izləmək maraqlı olacaq – məsələn, Pol di Resta və Niko Hülkenberqin mübarizəsi maraqlı olacaq. İlk altılığa hansı sürücünün müdaxilə etməsini görmək də maraqlı olacaq. Bu altılıqla mübarizə aparmaq üçün möcüzə lazımdır. Amma bizim idmanda həmişə belə olub.

Sürücünün nəzərincə vəziyyətə baxsaq, həmişə sual doğur: “Qışda kim nəyə nail olub?” Mənə elə gəlir ki, Sebastyan Fettel və Fernando Alonso hazırkı vəziyyətlərinə çatmaq üçün əllərindən gələni ediblər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*