Dekabrın 1-dən bilet satışı başlayır

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov bildirib ki, gələn ilin yayında baş tutacaq yarışın biletləri növbəti aydan satışa çıxarılacaq.

F-1.az bildirir ki, sabah Moskvada ikigünlük Russian Motorsport Forum tədbiri başlayır və Arif Rəhimov bu tədbirdə şəhər trasında yarışın təşkili barədə geniş məruzə ilə çıxış edəcək.

Bu gün isə Rəhimov jurnalistlərə bir daha xatırladıb ki, gələn il yarışımız Azərbaycan Qran Prisi adlanacaq…

Arif Rəhimov: “Qarşıdakı bir neçə gün ərzində biz elan edəcəyik ki, dekabrın 1-dən etibarən Azərbaycan Qran Prisinə biletlərin satışı başlayacaq. İki ay ərzində, yəni yanvarın sonunadək biletlər 30%-lik güzəştlə satılacaq. Keçən il biz biletləri satışa çıxaranda milli valyutamız olan manatın məzənnəsi parktiki olaraq ABŞ dollarının səviyyəsində idi və o zaman bizim biletlərin qiyməti çox adkevat görünürdü.

Sonra manatın devalvasiyası oldu, manatın dəyəri 30% azaldı, amma biz biletlərin yuxarı həddini elə saxladıq ki, adi ölkə vətəndaşı bu bileti ala bilsin. Hazırda biletin manatla dəyəri elə keçənilki kimi olacaq. Ən ucuz bilet ayaqüstü zonaya, ən bahalı bilet isə start-finiş düzlyündəki tribunaya olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*