13 Dekabr 2017, Çərşənbə - 12:56

Daniil Kvyat startda 20 yer itirəcək

Daniil Kvyat startda 20 yer itirəcək

Müəllif: Rauf Hacıyev, redaktor

16:40 - 26 Avqust, 2017

Toro Rosso komandasının sürücüsü Daniil Kvyat yeni güc qurğusuna keçdiyi üçün Belçika yarışının startında 20 yer itirəcək.

F-1.az xatırladır ki, rusiyalı sürücü çox çətin mövsüm keçirir. 23 yaşlı sürücü Belçikada üçüncü sərbəst yürüşlərdə yolda qalmış və güc itirdiyini demişdi. Komanda sıralanma turundan əvvəl Kvyatın maşınında güc qurğusunu təhlil edib və yeni güc qurğusuna keçmək qərarına gəlib. Beləliklə, gənc sürücü bir neçə detalda həddi keçdiyi üçün yarışın startında 20 yer itirməli olacaq. Qeyd edək ki, daha əvvəl Vandorn, Massa və Eriksson da yarışın startında yer itirmək cəzası almışdılar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 022
Teqlər , , , ,
Paylaş

logo