20 Noyabr 2017, Bazar ertəsi - 11:21

Dakar-2013 start alacaq (video)

Dakar-2013 start alacaq (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:17 - 05 Yanvar, 2013

Bu gün axşam Perunun paytaxtı Limada ənənəvi Dakar ralli marafonunun rəsmi startı veriləcək. Marafon artıq 5-ci dəfə Cənubi Amerikanın səhra […]

Bu gün axşam Perunun paytaxtı Limada ənənəvi Dakar ralli marafonunun rəsmi startı veriləcək. Marafon artıq 5-ci dəfə Cənubi Amerikanın səhra və dağlarında baş tutacaq.

Keçən il olduğu kimi marafonun yolu 3 dövlətdən keçəcək – Peru, Argentina və Çili, amma bu dəfə yarış tərs istiqamətdə – Perudan Çiliyə yol alacaq. Rallinin gedişində iştirakçılar iki dəfə And dağlarını adlayacaqlar, ona görə də bu Dakar tarixin ən hündür yarışı olacaq. Yarış yanvarın 19-da Çilinin paytaxtı Santyaqoda başa çatacaq.

Yarış məsafəsi 8500 km-ə yaxındır, bunun 4100 km-ə qədər sürəti xüsusi sahələrdir (yük maşınları üçün 3500 km). İki həftə davam edən yarış zamanı iştirakçılar yalnız bir gün dincələcəklər. Starta 453 ekipaj çıxacaq – keçən illə müqayisədə 19 ekipaj azdır.

Ənənəvi olaraq əsas diqqət avtomobillərin (ofroadların) yarışına yönəlib. Bu dəfə aşkar favoriti təyin etmək çox asandır. Yeganə “yarımzavod” X-Raid komandası BMW konserninin dəstəyi ilə hazırlanmış MİNİ maşınlarından istifadə edəcək, komandanın birinci sürücüsü, keçənilki marafonun qalibi və tarixin ən güclü sürücüsü Stefan Petransel bu il də qələbəyə əsas namizəddir. Amma qeyd edək ki, Cənubi Amerikada keçirilən əvvəlki yarışlarda heç vaxt çempion öz titulunu müdafiə edə bilməyib.

Əlbəttə, motosiklet sürücülərinin yarışında da qalibi əvvəlcədən 100% söyləmək mümkündür. Hamı ümid edirdi ki, son 7 marafonun qalibləri, KTM komandasının sürücüləri Mark Koma və Siril Depre bu dəfə də qələbə uğrunda gərgin mübarizə aparacaq, amma son anda Koma yarışda iştirakdan imtina etməli olub – keçən ilin oktyabr ayında aldığı qol zədəsi tam sağalmayıb. Görəsən Yamaha və Husqvarna. komandalarının sürücüləri Depreyə asan qələbə qazanmağa mane ola biləcəklərmi?

Kvadrosiklet sürücülərinə gəlincə, qəti əminliklə demək olar ki, yarışın qalibi Yamaha-nın sükanı arxasında olacaq və Argentinanı təmsil edəcək. Keçən il mübarizə iki qardaş – Alexandro və Markoş Patronelli arasında getmişdi və qələbəni Alexandro qazanmışdı, amma bu dəfə o yarışa qatılmayacaq.

Yük maşınlarının yarışı isə çox maraqla gözlənilir və kimin qalib gəlməsini öncədən söyləmək qeyri-mümkündür. KamAZ komandasının ardıcıl qələbələr seriyası keçən il qırıldı – son 9 ildə 8 qələbə qazanmış Firdovsi Kabirov və Vladimir Çaqini əvəz etmiş gənc sürücülər layiqli çıxış edə bilməmişdilər. Ona görə də rusiyalılar revanş götürməyə kökləniblər və İveco sürücüləri Jerar de Roy və Hans Steysidən intiqam almağa çalışacaqlar. Tatra-nın sükanı arxasında Aleş Loprays da bu il güclü çıxışına ümid edir.

Bu gün axşam Dakar-2013 rallisində 183 motosiklet, 39 kvadrosiklet, 75 yük maşını və 156 avtomobil starta çıxacaq, amma finişdə onların sayı dəfələrlə az olacaq…

dakar-2
dakar-3
dakar-4
dakar-5


Son Xəbərlər

İnformasiya

Bölüm Dakar
Mənbə
Baxış Sayı 302
Teqlər , , , , , , , , , , , , , , , , , ,
Paylaş

logo