20 Noyabr 2017, Bazar ertəsi - 11:26

Dakar-2013: 4-cü gün (video)

Dakar-2013: 4-cü gün (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:18 - 09 Yanvar, 2013

Xəbər verdiyimiz kimi, dörd gün əvvəl Perunun paytaxtı Limada növbəti Dakar yarışlarına start verilib. Artıq 5-ci ildir ki, yarışlar Cənubi […]

Xəbər verdiyimiz kimi, dörd gün əvvəl Perunun paytaxtı Limada növbəti Dakar yarışlarına start verilib. Artıq 5-ci ildir ki, yarışlar Cənubi Amerikanın 3 dövlətinin dağlıq və səhralıq ərazilərində baş tutur. Dünən 407 ekipaj Nasko məntəqəsindən Arekipa məntəqəsinə qədər 717 km-lik məsafə qət edib və bütün nəqliyyat növləri üçün 429 km-lik sürətli xüsusi sahə ayrılıb.

Motosiklet sürücüləri arasında artıq ikinci dəfə ən sürətli Husqvarna-nın sükanı arxasında ispaniyalı Xuan Barreda Bort olub. Qələbəyə əsas namizəd sayılan KTM sürücüsü Siril Depre uğursuz çıxışlarını davam etdirib və bu dəfə liderə 17 dəqiqə 35 saniyə uduzaraq 14-cü olubcü olub. Marafonda liderliyi Yamaha-nın fransalı sürücüsü Olivye Pan əla keçirib – 10:10:38, onun komanda yoldaşı və həmyerlisi David Kasto ikincidir (+ 00:02:24).

Kvadrosiklet sürücüləri arasında yarışların favoriti Yamaha-nın sürücüsü Markoş Patronelli ardıcıl 3-cü qələbəsini qazanıb – argentinalı sürücü 429 km-lik məsafəni 4 saat 25 dəqiqə 46 saniyəyə qət edərək ən yaxın rəqibi, Honda sürücüsü Sebastyan Husseynini 9 dəqiqə 48 saniyə qabaqlayıb. Bu mərhələdən sonra Markoş liderliyini daha da möhkəmlədib – 11:21:26, Sebastyan ikincidir (+ 00:14:06).

Avtomobillərin yarışında isə Qatar Red Bull komandasının təsisçisi qətərli Nasser əl-Atiyyah ardıcıl ikinci qələbəsini qazanıb, onun komanda yoldaşı Karlos Sanysın maşınında motor problemləri davam edib. Bu dəfə də günü 3-cü yerdə başa vuran Dakarın ən titullu sürücüsü Stefan Petransel BMW-nin hazırladığı Mini-nin sükanı arxasında ümumi hesabda liderliyini davam etdirib – 09:04:29, Nasser ikincidir (+ 00:05:16).

Yük maşınlarının yarışında əsas favorit, İveco-nun sürücüsü Jerar de Roy ardıcıl 3 qələbədən sonra uğursuzluğa uğrayıb və günü 7-ci yerdə başa vurub. Podiumu isə KamAZ komandası zəbt edib, finişdə birinci yeri Ayrat Mardeyev tutub. Dörd gündən sonra lider dəyişib: Tatra-nın sürücüsü Aleş Loprays birincidir – 10:53:41.

Qeyd edək ki, artıq 90 ekipaj yarışı dayandırıb – 27 motosiklet, 7 kvadrosiklet, 48 avtomobil və 18 yük maşını. Yarış bu gün davam edəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Dakar
Mənbə
Baxış Sayı 267
Teqlər , , , , , , , , , , , , , , , , , , , , ,
Paylaş

logo