19 Noyabr 2017, Bazar - 01:35

Dakar-2013: 3-cü gün (video)

Dakar-2013: 3-cü gün (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:19 - 09 Yanvar, 2013

Xəbər verdiyimiz kimi, üç gün əvvəl Perunun paytaxtı Limada növbəti Dakar yarışlarına start verilib. Artıq 5-ci ildir ki, yarışlar Cənubi […]

Xəbər verdiyimiz kimi, üç gün əvvəl Perunun paytaxtı Limada növbəti Dakar yarışlarına start verilib. Artıq 5-ci ildir ki, yarışlar Cənubi Amerikanın 3 dövlətinin dağlıq və səhralıq ərazilərində baş tutur. Dünən 408 ekipaj Pisko şəhərindən Nasko mənəqəsinə qədər 342 km-lik məsafə qət edib və bütün nəqliyyat növləri üçün 243 km-lik sürətli xüsusi sahə ayrılıb.

Motosiklet sürücüləri arasında ən sürətli KTM-in sükanı arxasında çilili Fransisko Lopes olub. Qələbəyə əsas namizəd sayılan KTM sürücüsü Siril Depre bu dəfə 3-cü nəticə göstərib və finişdə liderə 1 dəqiqə 8 saniyə uduzub. Amma buna baxmayaraq, fransalı favorit üç mərhələdən sonra liderliyi ələ alıb – 06:15:03, Lopes ikincidir (+ 00:02:51).

Kvadrosiklet sürücüləri arasında yenə də ən sürətli Yamaha-nın sükanı arxasında Markoş Patronelli olub – argentinalı sürücü 243 km-lik məsafəni 3 saat 4 dəqiqə 55 saniyəyə qət edərək ən yaxın rəqibi, Honda sürücüsü Sebastyan Husseynini 3 dəqiqə 32 saniyə qabaqlayıb. Yarışların favoriti iki mərhələdən sonra liderliyini möhkəmlədib – 06:55:40, Sebastyan ikincidir (+ 00:04:18).

Avtomobillərin yarışında isə lider Qatar Red Bull komandasının əfsanəvi sürücüsü Karlos Sanys motor problemləri ilə üzləşib və günün qalibi olan komanda yoldaşı Nasser əl-Attiyaha 30 dəqiqədən çox uduzub. Günü 3-cü yerdə başa vuran Dakarın ən titullu sürücüsü Stefan Petransel BMW-nin hazırladığı Mini-nin sükanı arxasında liderliyə yükəslib – 05:34:26, Nasser ikincidir (+ 00:06:33).

Yük maşınlarının yarışında əsas favorit ardıcıl 3-cü qələbəsini qazanıb. İveco-nun lideri Jerar de Roy birinci olub, liderə 1 dəqiqə 24 saniyə uduzan KamAZ sürücüsü Eduard Nikolayev 2-ci olub. De Roy liderliyini davam etdirir – 06:23:15.

Qeyd edək ki, artıq 46 ekipaj yarışı dayandırıb – 19 motosiklet, 6 kvadrosiklet, 20 avtomobil və 1 yük maşını. Yarış bu gün davam edəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Dakar
Mənbə
Baxış Sayı 263
Teqlər , , , , , , , , , , , , , , , ,
Paylaş

logo