22 Noyabr 2017, Çərşənbə - 20:47

Dakar-2013: 13-cü gün (video)

Dakar-2013: 13-cü gün (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:48 - 20 Yanvar, 2013

Xəbər verdiyimiz kimi, artıq on dörd gündür Perunun paytaxtı Limada növbəti Dakar yarışlarına start verilib. Beşinci ildir ki, yarışlar Cənubi […]

Xəbər verdiyimiz kimi, artıq on dörd gündür Perunun paytaxtı Limada növbəti Dakar yarışlarına start verilib. Beşinci ildir ki, yarışlar Cənubi Amerikanın 3 dövlətinin dağlıq və səhralıq ərazilərində baş tutur. Dünən marafon iştirakçıları Kopyapo məntəqəsidən La Serena məntəqəsinə qədər 736 km-lik məsafə qət ediblər. Marafon təşkilatçıları bütün nəqliyyat vasitələri üçün 441 km sürətli xüsusi sahə ayırıblar.

Motosiklet sürücüləri arasında bu dəfə KTM-in çilili sürücüsü Fransisko Lopes hamını qabaqlayıb. KTM-in fransalı sürücüsü Siril Depre ümumi sıralamada liderliyini davam etdirib – 41:37:18, onun komanda yoldaşı Lopes ikinci yerə yüksəlib (+ 00:08:15).

Kvadrosiklet sürücüləri arasında E-ATV komandasının sürücüsü Sarel van Bilyon marafonda ikinci qələbəsini qazanıb. Yarışların lideri Yamaha-nın sürücüsü Markoş Patronelli liderliyini davam etdirib – 47:47:19, onun komanda yoldaşı İgnasio Kasale ikinci yerdədir (+ 01:50:24).

Avtomobillərin yarışında bu gün Hummer-in sükanı arxasında Robbi Qordon hamıdan sürətli olub. Ümumi sıralamada BMW-nin hazırladığı Mini-nin sükanı arxasında Stefan Petransel qələbəyə çox yaxındır (36:44:46), Toyota-nın sürücüsü Jinel de Vilyers ikincidir (+ 00:44:38).

Yük maşınlarının yarışında KamAZ-ın sürücüsü Andrey Karqinov ardıcıl ikinci qələbəsini qazanıb və ümumi sıralamada 3-cü mövqeyini möhkəmlədib. Onu yalnız komanda yoldaşları Eduard Nikolayev (37:33:07) və Ayrat Mardeyev (+ 00:36:24) qabaqlayırlar.

Yarış bu gün başa çatacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Dakar
Mənbə
Baxış Sayı 396
Teqlər , , , , , , , , , , , , , , , , , , ,
Paylaş

logo