Daha iki sponsor Şumaxerlə yollarını ayırıb…

Braziliyanın Maquina do Esporte resursunun məlumatına görə, daha iki şirkət Mixael Şumaxerlə olan sponsorluq müqaviləsini yeniləməyib.

F-1.az xatırladır ki, yeddiqat dünya çempionu 2013-cü ilin sonunda Alp dağlarında xizək sürərkən yıxılaraq başından zədə almış və o dövrdən bəri vəziyyəti ilə bağlı demək olar ki, heç bir məlumat verilməyib. Onun ağır reabilitasiya dövründən keçdiyi bildirilir.

Mixaelin adına xüsusi model buraxmış saat markası olan və 2011-ci ildən əməkdaşlıq edən Audemars Piguet və alman qapı istehsalçısı Hormann Group əməkdaşlığı davam etdirməyəcəklər – onlar Mixaelin nümayəndələri ilə müqaviləni uzatmaq barədə razılığa gəlməyiblər.

Şumaxerin ən sadiq sponsorlarından olan Deutsche Vermögensberatung əməkdaşlığı 1996-cı ildən bəri davam etdirir və hazırda Mik Şumaxerin European Formula3 seriyasında çıxış etməsinə dəstək olur.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*