D.Uorik: “Silverstoun qalacaq”

Britaniyalı sürücülər klubunun rəhbəri Derek Uorik Sikverstounun gələcəyi barədə narahat deyil.

F-1.az xatırladır ki, Silverstoun trasının məsulları bildiriblər ki, trasın xərcləri çoxdur və pul qazana bilməsələr, yarışı qəbul etməyəcəklər.

Amma Uorik bildirib ki, Silverstoun Formula1 üçün çox vacibdir və tərəflərin ortaq məxrəcə gələcəyinə inanır: “Heç kim narahat olmasın. Silverstoun 2019-cu ilə qədər təqvimdə qalacaq və ondan sonra da yeni müqavilə imzalanacaq. Formula1 Silverstounsuz ola bilməz. İnanıram ki, ya Berni, ya da Liberty Media bu mövzuda işlər görəcəklər. Bu yarışı hamı sevir və getməsinə icazə verməzlər. Mən tunelin sonundakı işığı görürəm. Bundan başqa, hökumətdən maddi yardım almaq üçün danışıqlar davam edir. Hər şey qaydasındadır və yaxşı xəbərlərin olacağına inanırıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*