19 Noyabr 2018, Bazar ertəsi - 01:36

D.Tiktam hazırdır

D.Tiktam hazırdır

Müəllif: Rauf Hacıyev, redaktor

17:49 - 22 Avqust, 2018

Red Bull sürücü akademiyasının üzvü Den Tiktam bildirib ki, Toro Rosso-da yarışmağa hazırdır.

F-1.az xatırladır ki, Pyer Qasli gələn ildən Red Bull komandasında çıxış edəcək. Buna görə də Toro Rosso komandasında sürücü vakansiyası yaranıb. Ən ideal namizəd isə hazırda Avropa F3 seriyasında lider olan Tiktamdır və britaniyalı sürücü çempion olsa, super lisenziya üçün lazımi xalları toplayacaq.

Den Tiktam: “Hazırda məlumatım yoxdur. Yarışdan yarışa özümü təkmilləşdirib yaxşı nəticə ilə çempionatı bitirməyə çalışacam. İlin sonunda lazımi xalları yığsam, hər şey rəhbərliyin qərarından asılı olacaq. İnkişaf mümkündür, ancaq orada yarışa bilərəm. Lazımi xalları yığa bilməsəm, rəhbərlik hara gedəcəyimə qərar verəcək”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 118
Teqlər , ,
Paylaş

logo