24 Oktyabr 2018, Çərşənbə - 09:06

D.Rikkardoya külək mane olub

D.Rikkardoya külək mane olub

Müəllif: Rauf Hacıyev, redaktor

20:11 - 11 May, 2018

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Barselonada etdiyi qəzanın səbəbi arxadan əsən sərt külək olub.

F-1.az xatırladır ki, avstraliyalı sürücü 4-cü döngəyə gələn zaman arxadan əsən küləyə görə əvvəlcə çınqıllı sahəyə çıxıb, daha sonra baryerlərə çırpılıb.

Daniel Rikkardo: “Bu gün sürücülərin bəziləri bir neçə səhv etdilər, amma heyif ki, mənim səhvim qəza ilə nəticələndi və sessiyanı vaxtından əvvəl dayandırdım. Təxminən yarım saat vaxt itirdim və bu, ideal hal deyil. Amma ikinci yürüşlərdə bunu kompensə edə bildik.

SuperSoft təkərləri işlətməkdə çətinlik çəkdik. Trasdakı şəraitə görə ön təkərlərdə problemlər oldu. Amma çən dolu olarkən hər şey daha yaxşı idi. Yarış tempində daha güclü idik. Sıralanma turunda yaxşı yer tutsaq, qalib gələ bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 81
Teqlər , , ,
Paylaş

logo