23 Aprel 2018, Bazar ertəsi - 11:21

D.Rikkardo zəif tərəflərindən danışıb

D.Rikkardo zəif tərəflərindən danışıb

Müəllif: Rauf Hacıyev, redaktor

09:07 - 13 Dekabr, 2017

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, sıralanma turunda tempini artırmalıdır.

F-1.az xatırladır ki, avstraliyalı sürücü 2017-ci ildə sıralanma turunda komanda yoldaşı Ferstappenə 13-7 hedabı ilə məğlub olub.

Daniel Rikkardo: “Sıralanma turunda Maksın məndən güclü olduğunu inkar edə bilmərəm. Bu sahədə özümü təkmilləşdirməliyəm. Hətta 0.1 saniyə də sizə çox şey qazandıra bilər. Qış tətilində bunun üzərində işləyəcəm.

Maks ilə birlikdə üzərimizə təzyiqlər yükləyirik və beləliklə daha güclü oluruq. Bunu davam etdirməliyik. İkimiz də sürətli olsaq, həm şəxsi, həm də komandanın nəticələri yaxşılaşar. 2016-cı ildən sonra bu il də işlər bizim üçün yaxşı getdi. Xüsusən də yay tətilindən sonra çox inkişaf etdik və gələn il bunu davam etdirmək istəyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 89
Teqlər , ,
Paylaş

logo