10 Dekabr 2018, Bazar ertəsi - 01:43

D.Rikkardo yeni halo sistemindən razıdır

D.Rikkardo yeni halo sistemindən razıdır

Müəllif: Rauf Hacıyev, redaktor

15:42 - 16 Mart, 2016

Daniel Rikkardo çıxış etdiyi Red Bull komandasının halo konseptini zavodda yoxlayıb və bildirib ki, halonun bu versiyasında yol daha yaxşı görünür…

F-1.az xəbər verir ki, Red Bull komandası halo sistemini test edir. Avstriya təmsilçisinin halo konseptinin böyük hissəsini şüşə təşkil edir. Rikkardo gələn ay bu konsepti şou yürüşündə də yoxlayacaq.

Daniel Rikkardo yeni halo sistemini test etdikdən sonra təəssüratlarını bildirib: “Sistemi zavodda test etdim və düşünürəm ki, yeni sistem uğurlu alınıb. Red Bull komandasının halo sistemində yolu görmək çox rahatdır.

Hamı halo barədə nəsə bir söz deyir. Düzdür, indiki bolidlər kimi seksual görünməsə də, düşünürəm ki, idman üçün doğru addımdır”.

Red Bull komandasının sistemini artıq dəstəkləyənlər var. Williams komandasının rəhbər köməkçisi Kler Uilyams bildirib ki, Red Bull komandasının halo sistemi daha yaxşıdır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 354
Teqlər , , , ,
Paylaş

logo