16 Dekabr 2017, Şənbə - 20:38

D.Rikkardo Yas Marinada uğursuzluğuna son qoymaq istəyir

D.Rikkardo Yas Marinada uğursuzluğuna son qoymaq istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

08:09 - 19 Noyabr, 2017

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Əbu Dabi yarışından həzz almaq istəyir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü turnir cədvəlində Rəykköneni 7 xal qabaqlayır.

Daniel Rikkardo: “Yas Marina sevdiyim traslardandır. Bir az Suzukaya bənzəyir. Yaponiyada bu il ilk dəfə podiuma yüksəldim. Əbu Dabidə də hələ podium görməmişəm. Bu qara seriyaya son vermək istəyirəm. Bu trasdan həzz almaq istəyirəm. Ötmə üçün çoxlu fürsət var və yarış işıqlı havada başlayıb qaranlıqda bitir. Bolidimiz güclüdür və bunu son yarışlarda göstərdik. Mövsümün son yarışında da var qüvvəmizlə mübarizə aparmağa çalışacağıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 839
Teqlər , , ,
Paylaş

logo