D.Rikkardo: “Yarışın içindəyik”

Monako Qran Prisinin sərbəst yürüşlərində Fetteldən sonra ikinci yeri əldə edən Daniel Rikkardo yarışda yaxşı şanslarının olduğuna inanır.

F-1.az xatırladır ki, avstraliyalı sürücü keçən il qələbəni pit-stopdakı gecikməyə görə əldən versə də, bu il yenidən qələbə şansının olduğunu düşünür.

Daniel Rikkardo: “Sərbəst yürüşlər bizim üçün əla keçdi. Bu axşam əldə etdiyimiz məlumatlar üzərində işləyib şənbə gününə ən yaxşı formada hazırlaşmaq istəyirik. Biz yarışın içindəyik. Rəqabətədavamlı görünürük, lakin hər şey bazar günü məlum olacaq. Bolidi sıralanma turuna hazırlamaq üçün iki günümüz var və bundan ən yaxşı formada istifadə etmək istəyirik. Ümid edirəm ki, tempi itirmərik və qələbə uğrunda mübarizə apararıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*