22 Avqust 2018, Çərşənbə - 03:33

D.Rikkardo: “Yarışdan həzz aldım”

D.Rikkardo: “Yarışdan həzz aldım”

Müəllif: Rauf Hacıyev, redaktor

15:08 - 22 Mart, 2016

Daniel Rikkardo mövsümün ilk yarışında mükəmməl performans göstərərək, dördüncü yeri tutdu, amma yarışdakı hadisələr və ağır qəzaya görə, avstraliyalının bu uğuru kölgədə qaldı. Bütün bunlara baxmayaraq, Rikkardo düşünür ki, Red Bull komandası Ferrari və Mercedes AMG-dən çox da geri qalmır…

F-1.az xatırladır ki, Daniel Rikkardo yarışda ən sürətli dövrəyə də imza atdı.

Daniel Rikkardo: “Çox yaxşı idi. Dördüncü yer gözlədiyimizdən yaxşı nəticə idi. Ona görə də xoşbəxtik. Sürətimizdən razıyam. Təbii ki, Ferrari və Mercedes AMG qədər sürətli deyilik, amma çox geridə olduğumuzu da deyə bilmərəm.

Deyəsən, biz bəzi nöqtələrdə onlara çatmışıq və SuperSoft təkərlərlə ən sürətli dövrəni atdıq.

Yarış əla keçdi və mən həzz aldım. Startımız pis oldu, amma bəzi rəqiblərimizi keçə bildik. Bu nəticə olaraq yaxşı idi, çünki Albert Parkda keçid etmək çox çətindir”.

Rikkardo öz ölkəsində podiuma çıxa bilməsə də, yarışdan həzz aldığını deyib: “Mən radiodan komandaya yenidən yarışmaqdan həzz aldığımı dedim.

Daha sonra SuperSoft təkərlərlə bir neçə dəfə sıralanma turu tempində dövrələr ata bildim. Bu anda mən düşündüm ki, podiuma çıxa bilərəm, çünki yarışı ikinci yerdə aparırdım, amma mən bilirdim ki, pit-stopa getməliyəm.

Mən ümid edirdim ki, öndə Fettel və Həmilton mübarizə aparsınlar, amma olmadı. Yenə də pis deyildi”.

Rikkardo ümid edir ki, komandanın inkişafı davam edəcək: “Sürətimiz pis deyildi. Ümid edirəm ki, bu bir yarışlıq deyil. Düşünürəm ki, şassimiz çox yaxşıdır. Bunu davam etdirə bilərik. Monrealda və ya daha əvvəlki yarışlarda yeni bir paketimiz olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 233
Teqlər , , ,
Paylaş

escort bayan maltepe escort kadıköy escort ataşehir escort maltepe escort ataşehir escort istanbul escort bayan istanbul escort
ucuz paykasa paykasa bozdurma
logo