23 Oktyabr 2017, Bazar ertəsi - 17:18

D.Rikkardo: “Yarışdan həzz aldım”

D.Rikkardo: “Yarışdan həzz aldım”

Müəllif: Rauf Hacıyev, redaktor

20:00 - 03 Sentyabr, 2017

Red Bull komandasının sürücüsü Daniel Rikkardo İtaliyada 16-cılıqdan 4-cülüyə yüksəldiyi yarışdan sonra çox əyləndiyini bildirib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü sıralanma turunda 3-cü olsa da, aldığı cəzalara görə yarışa 16-cı yerdən başlamalı olub. 28 yaşlı sürücü yarışın 38-ci dövrəsinə qədər Soft təkərlərlə, 38-ci dövrədən sona qədər isə SuperSoft təkərlərlə gedib.

Rikkardo Ferrari-dən Rəykköneni trasda keçdikdən sonra Fettelə yaxınlaşsa da, hücum etmək mümkün olmayıb.

Daniel Rikkardo: “Podium üçün fərqi azaldırdıq. Seb ilə fərqi hər dövrə 1 saniyə bağlayırdım. Amma sonlarda tempini artırdı. Mənim təkərlərim isə yeyilmişdi.

Yarışdan həzz aldım. Gözəl ötmələr etdim. Ümid edirəm ki, mövsümün yaddaqalan anlarından olar. Kimi ədalətli yarışdığı üçün təşəkkür edirəm. Amma düzünü desəm, kim olsa, o hücumu edəcəkdim. Ön qrupa yaxınlaşdıqca ötmələr çətinləşir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 744
Teqlər , , ,
Paylaş

logo