16 Dekabr 2017, Şənbə - 19:05

D.Rikkardo Yaponiyada iddialı olacaqlarını düşünür

D.Rikkardo Yaponiyada iddialı olacaqlarını düşünür

Müəllif: Elçin Zodorov, redaktor

15:47 - 05 Oktyabr, 2016

F-1.az xəbər verir ki, Malayziyada Həmiltonun motorunun partlamasından sonra yarışı qələbə ilə başa vuran Rikkardo Yaponiyada da qalib gəlmək istəyir.

Daniel Rikkardo: “Yəqin ki, qalib gəlmək üçün ən pis yer bura idi, çünki ayaqqabım həmişəkindən daha çox tərləmişdi. Amma xoşbəxt idim, buna əhəmiyyət vermirdim. Rosberq ayaqqabımdan içdiyi şampanın dadından çox da razı qalmadı, amma çox əyləndik. Mətbuat konfransında “məni buna bir də məcbur etmə, çox iyrənc idi” – dedi. Mən də – “bunun üçün gələn dəfə qalib gəlməyimə əngəl olmalısan” – dedim. Ümid edirəm ki, Suzukada yaxşı çıxış edə bilərik. Bura mənim şanslı olduğum trasdır. 2014-cü ildə yağışlı havada olduqca sürətli idik və indi də o vaxt olduğumuz qədər iddialıyıq.

Sepanqda Həmiltonun probleminə görə qalib gəldik. Lakin Suzukada daha da iddialı olacağımızı düşünürəm. Mercedes pilotları ən azından sıralanma turunda sürətli olacaq, lakin aradakı fərqin Malayziyadakı qədər olacağını düşünmürəm. Yağış yağarsa, qalib gələrik, amma quru havada onlar favorit olacaqlar”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 190
Teqlər , , , , , , , ,
Paylaş

logo